Modern.az

Erməni ilə üz-üzə qalan sakinlər: “Düşmənə nəfəs almağa imkan verilmir”

Erməni ilə üz-üzə qalan sakinlər: “Düşmənə nəfəs almağa imkan verilmir”

Təhsil

2 Aprel 2016, 14:12

 

Aprelin 1-dən 2-nə keçən gecə Erməni silahlı bölmələri Tərtərin düşmənlə təmas xəttində yerləşən kəndləri intensiv artilleriya atəşinə tutublar. Kənd sakinləri Modern.az-a bildirib ki, düşmənin təxribatı nəticəsində əsasən mülkü əhali hədəfə alınıb. Sakinlər deyir ki, ermənilərin 31 mart ərəfəsi Azərbaycanın mülkü əhalisinə qarşı silah işlətməsi onların şovinist təfəkkürünün növbəti bariz nümunəsidir:

“Ermənistan hərbçiləri bilərəkdən mülkü əhaliyə iri çaplı silahlarla, hətta minatan və toplarla atəş açır. Erməni təxribatı nəticəsində Azərbaycan kəndlərinə ziyan dəyib. Ancaq bütün bunlar biz kənd sakinlərini qorxuda bilməz. Sağ olsun, Milli Ordunun əsgərləri bizi qoruyur, düşmənə nəfəs almağa imkan vermirlər. Biz Azərbaycan ordusuna tam arxayınıq”.

Hazırda təmas xəttində gərginliyin davam etməsinə baxmayaraq, Tərtər rayonunun düşəmənlə ön cəbhədə yerləşən kənd sakinləri erməni təxribatına qarşı mübariz dayanıblar. Bundan əlavə, hazırda bölgədə Azərbaycan ordusu düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatlarını əvvəlcədən müəyyənləşdirərək, düşənə ağır zərbələr vurur. Artıq düşəmənin döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu məhv edilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı