Modern.az

"Sahil"dəki Travmotologiya Xəstəxanasının binasında güclü yanğın (Yenilənib)

"Sahil"dəki Travmotologiya Xəstəxanasının binasında güclü yanğın (Yenilənib)

Təhsil

24 Dekabr 2010, 10:52

Bu gün səhər saat 10.00 radələrində Bakının Səbayel rayonu ərazisində, metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən Travmotologiya Xəstəxanasının binasında güclü yanğın baş verib.
Modern.az-ın məlumatına görə, hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşını cəlb edilib. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerindədir və yanğısöndürmə briqadalarının işinə nəzarət edir. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür. Alovun qonşu binala keçməsinin qarşısını almağa çalışırlar.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

***

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, artıq yanğın söndürülüb.
Onun sözlərinə görə, nazirliyə səhər saatlarında Üzəyir Hacıbəyov kücəsi, 5 ünvanda yerləşən, fəaliyyəti dayandırılmış və hazırda təmir işləri gedən Travmotologiya Xəstəxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazir müavini deyib ki, hadisə nəticəsində 800-1000 kvadratmetr ərazi yanıb.  Yanğın zamanı xəsarət alan olmayıb.
Nazir müavininin sözlərinə görə, yanğının ilkin səbəbi bilinmir, hazırda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır