Modern.az

İŞİD-in raketlər üzrə əmiri öldürüldü

İŞİD-in raketlər üzrə əmiri öldürüldü

2 Aprel 2016, 16:11


İŞİD terror təşkilatının "Dəclə Vilayəti" üzrə raketlərə cavabdeh olan yüksək vəzifəli əmiri öldürülüb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə İraq ordusu məlumat yayıb.

Məlumata görə, döyüş təyyarələri 1 aprel günü  saat 18:00 radələrində Mosulun Geyara əyalətindəki İŞİD mövqeləri hədəfə alıb.

Hava zərbələri nəticəsində İŞİD-in  "Casım Xədicə” ləqəbli raket üzrə əmiri Əbdüləziz Qasım Məhəmməd Həsən öldürülüb.

Qeyd edək ki, 2015-ci ilin ortalarında İŞİD-in “maliyyə naziri”  Zaalan el-Afari də Mosul yolunda öldürülmüşdü.

Mosulun cənub-qərbində yerləşən Geyara bölgəsi 2014-cü ilin iyun ayından bu yana İŞİD-in işğalı altındadır.

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir