Modern.az

Dindarlar Bakıda məktəbə hücum etdilər…

Dindarlar Bakıda məktəbə hücum etdilər…

Təhsil

24 Dekabr 2010, 13:11

Ötən gün 20-yə yaxın dindar  Xocəsəndə  yerləşən 103 saylı orta məktəbin şüşələrini sındırıblar

Bakıda dindarlar orta məktəbə hücum ediblər. Bu barədəTəhsil Nazirliyi Bakı şəhər Baş Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov məlumat verib.(APA)
Onun sözlərinə görə, ötən gün 20-yə yaxın dindar Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 103 saylı orta məktəbə hücum edərək təhsil müəssisinin şüşələrini sındırıblar. Onlar məktəbdə hicaba qoyulmuş qadağaya etiraz olaraq bu addımı atdıqlarını deyiblər. Bundan başqa, dindarlar məktəbin qapısına xəbərdarlıq yazaraq, məktəblilər arasında hicaba qoyulmuş qadağa aradan qaldırılmasa, təhsil müəssisəsini yandıracaqları barədə xəbərdarlıq ediblər.
M. Bayramov hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verdiyini, artıq polis tərəfindən araşdırmalara başlandığını qeyd edib: “Hüquq-mühafizə orqanları dünəndən araşdırmalara başlayıb. Binəqədi Rayon Polis İdarəsi tərəfindən məktəbin mühafizəsinə polis nəfərləri ayrılıb”.
M.Bayramov, həmçinin bildirib ki, bu gün paytaxt məktəblərində təxminən min şagird hicab taxır. Aparılan danışıqlar nəticəsində onların yarısı hicabdan imtina edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır