Modern.az

Putinin 2 milyard dollarlıq gizli ofşor şəbəkəsi var

 Putinin 2 milyard dollarlıq gizli ofşor şəbəkəsi var

Dünya

4 Aprel 2016, 00:45

 

Rəsmi Kremlin hələ ötən ay anons etdiyi prezident Putinlə bağlı sensasion material dərc edilib. Modern.az saytı "Qafqazinfo"ya istinadən xəbər verir ki, jurnalistlər dünya elitası nümayəndələrinin gizli hesablarına həsr olunan qlobal araşdırmanı yayımlayıblar. Jurnalist Araşdırmaları Beynəlxalq Konsorsiumunun materialında, xüsusilə, Rusiya prezidenti Putinlə əlaqəsi olan ofşorlardan bəhs edilib.  

Jurnalistlər araşdırma üzərində təxminən 1 il işləyiblər. İnformasiyaların toplanması və hesabatın hazırlanmasında ümumilikdə dünyanın 80 ölkəsindən 380 jurnalist iştirak edib.  

Əldə edilən məlumata görə, Putinin təxminən 2 milyard dollar dəyərində gizli ofşor şəbəkəsi var.  

Müəlliflər bildirirlər ki, prezidentin adı heç bir sənəddə hallanmasa da, araşdırmanın sonunda faktlar ona gətirib çıxarır ki, prezidentin "dostları" sazişlərdən milyonlar qazanıblar. Həmin sazişlər isə Putinin razılığı olmadan imzalana bilməzdi.  

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat xidməti martın 28 də Putinə qarşı sensasion xarakterli informasiya hücumu olacağını bəyan etmişdi. Bu qənaətə Kremlə daxil olan jurnalist sorğuları əsasında gəlinmişdi.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir