Modern.az

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər: 36 ölü, 122 yaralı

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər:  36 ölü, 122 yaralı

7 Aprel 2016, 23:03

 

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, işğalçı erməni ordusunun nümayəndəsi Vitali Arustamyan həftə ərzində 36 hərbçinin öldüyünü, 122 nəfərin isə yaralandığını bildirib.   

“Aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş və sıravi olmaqla 36 hərbçi ölüb. Bundan başqa, 24-ü zabit olmaqla 122 nəfər yaralanıb”, - deyə o bildirib.

İşğalçı  ordunun nümayəndəsi bildirib ki, ölənlərdən 4-nün meyiti bu gün döyüş meydanından tapılıb: “Onlar bu vaxtadək itkin düşmüş hesab edilib”.  

Arustamyan əlavə edib ki, 21 erməni hərbçisi itkin düşmüş hesab edilir. 

Qeyd edək ki, erməni tərəfi bundan əvvəl 20 hərbçisinin öldüyünü, 72 nəfərin isə yaralandığını elan etmişdi.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!