Modern.az

“Gənclik” tamamilə söküləcək, onun əsil sahibini açıqlamaqdan qorxurlar

“Gənclik” tamamilə söküləcək, onun əsil sahibini açıqlamaqdan qorxurlar

Ölkə

27 Yanvar 2011, 16:05

Bakıda bəzi binalar rekonstruksiya olunur. Xeyli vaxtdər metronun “Gənclik” stansiyasının ətrafındakı binaları da bu prosesə qoşublar. Bu ərazidəki məşhur çoxmərtəbəli “Gənclik” mehmanxanası isə tamamilə söküləcək. Bu barədə Modern.az-a Nərimanov İcra hakimiyyətinin təsərrüfat müdiri Cəfər Hüseynov bildirib. Onun sözlərinə görə, “Gənçlik” mehmanxanası 15- 20 günə tamamilə söküləcək və yerində yeni tikili inşa olunacaq. Yeni tikiləcək tikilinin layihəsi isə hələlik məlum deyil.

C.Hüseynovun sözlərinə görə, mehmanxananın yerində tikiləcək tikilinin layihəsi yaxın vaxtlarda Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunacaq. “Dəqiq vaxt deyə bilmərəm. Həmin mehmanxana özəlləşdirilib, hazırda binanın sökülməsi prosesi gedir. Orada tikiləçək yeni binanın layihəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşmadan sonra icra olunacaq. Təbii ki, burada Nərmanov rayon İcra Hakimiyyətinin də razılığı olmalıdır”.

Mehmanxananın kim tərəfindən özəlləşdirildiyinə gəlincə, C.Hüseynov “mən bunu sizə deyə bilmərəm” söylədi. Əmlak Məsələləri  Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da  “Gənçlik” mehmanxanasını özəlləşdirən şəxsin kimliyini açıqlamaqdan imtina etdi.

  

Sədaqət SÜLEYMANOVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır