Modern.az

“Şəmkir” deyəndə ilk yada düşən nə olur..? (Tanınmışların düşüncələri)

“Şəmkir” deyəndə ilk yada düşən nə olur..? (Tanınmışların düşüncələri)

Ölkə

25 Aprel 2011, 10:35


Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar. 
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir.
“Rayonlar nəyi ilə tanınır..?” laiyihəsi çərcivəsində müxtəlif rayonlar haqqında söhbət açmışıq. Bu həftə də Şəmkir rayonun nə ilə tanındığı öyrənməyə çalışdıq...

“İlk olaraq həmkarlarımı xatırlayıram”

Millət vəkili Jalə Əliyevanın sözlərinə görə, Şəmkir rayonunda heç vaxt olmayıb. Ona görə də bu rayonla bağlı o qədər də çox təəssüratları yoxdur. “Şəmkir” dedikdə ilk olaraq həmkarlarını xatirladığını deyən xanım millət vəkili söylədi ki, o insanların simasında bu rayonun dəyərli şəxslər yetrişdirdiyi qənaətindədir. “İlk olaraq həmkarım Məlahət İbrahimqızı və digər həmkarım Mübariz Qurbanlı gözümün qarşısına gəlir”.

Şəmkirliləri digər rayonların insanlarından fərqləndirən xüsusiyyətlərə gəlincə, J.Əliyeva söylədi ki, Şəmkir rayonu cəmiyyətimizə çox dəyərli insanlar bəxş edib.
“Dostlarımın simasında deyə bilərəm ki, bu rayondan dəyərli insanlar çoxdur. Ümid edirəm ki, bundan sonra da Şəmkir rayonu Azərbaycana dəyərli insanlar bəxş edəcək”.

“Şəmkir rayonu Gürcüstandakı soydaşlarımıza həmişə kömək edir”

Kinoşünas Aydın Kazımzadə söylədi ki, Şəmkir rayonunda heç vaxt olmayıb. Ancaq şəmkirlilərin əməksevər olduqlarını qeyd edə bilər: “Bilirəm ki, Şəmkir rayonu ciddi fəaliyyət  nəticəsində qabağa gedib. Gürcüstanda olan azərbaycanlılara çox böyük kömək edirlər”.

Aydın Kazımzadənin sözlərinə görə, şəmkirlilər elə bu xüsusiyyətlərinə görə - Gürcüstanda yaşayan azərbaycanlılara yardlm etməklərinə görə - fərqlənirlər. 

“Şəmkirlilər torpağa bağlılığı ilə seçilirlər”

Müasir Müsavat Partiyasının sədri  Hafiz Hacıyev hesab edir ki,  Şəmkir rayonu öz gözəlliyi ilə secilir. “Şəmkir deyəndə gözəllik yadıma düşür”.
Şəmkirin qədim rayonlardan olduğunu söyləyən siyasətçi vurğuladı ki, bu rayonda xeyli sayda dostları var.
“Şəmkir Azərbaycanın qədim rayonlarındandır, abidələri ilə Azərbaycan tarixində özünə yer tutub. Ümid edirəm ki, bu rayon bundan sonra da Azərbaycanın inkişafında xidmətləri ilə yadda qalacaq”.

Şəmkirliləri fərqləndirən xüsusiyyətə gəlincə, H.Hacıyev qeyd etdi ki, buranın insanları vətənə bağlılığı ilə secilirlər: “Şəmkirdən çoxlu dostalarım var, onlarla tanışlığım əsasında müşahidə etmişəm ki, şəmkirlilər torpabağa daha çox bağlı olurlar ”.      

“Şəmkir deyəndə uşaqlığım yadıma düşür”

“Vesti.az” saytının baş redaktoru Araz Zeynalov söylədi ki, Şəmkir rayonu ona uşaqlıq illərini xatırladır. Belə ki, müsahibimiz uşaqlıq illərində həmin rayonda olub və orda olan xatirələr onun yaddaşına həkk olub.
“Şəmkir deyiləndə uşaqlığım yadıma düşür, uşaq vaxtı Gəncəyə getmişdik, oradan da Şəmkirə. O vaxt bu rayon Şamxor adlanırdı”.

Şəmkir rayonun insanlarının başqa rayonların insanlarından hansısa xüsusiyyətlərilə fərqləndiklərinə gəlincə, müsahibimiz bildirdi ki, şəmkirlilərdə belə xüsusi bir cəhət yoxdur.  “Şəmkir rayonundan xeyli sayda dostlarım, tələbə yoldaşlarım olub. Xüsusi fərqli cəhət görməmişəm”.

Şəmkirlilər haqqında yalnız xoş təsüratlarının olduğunu söyləyən A.Zeynalov bildirdi ki, o rayonun insanları səmimi olmaları ilə secilirlər.
“Rastlaşdığım şəmkirlilərə görə deyə bilərəm ki, səmimidirlər. Yalnız xoş təəssüratlarım var”.  

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?