Modern.az

Qədir Rüstəmov vəfat edib

Qədir Rüstəmov vəfat edib

Ölkə

14 Dekabr 2011, 14:53

Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu barədə APA-ya məlumat verən sənətkarın oğlu Rüstəm Rüstəmov atasının ürəyinin bu gün dayandığını deyib.

Hazırda Azərbaycanın İstanbuldakı baş Konsulluğunun nümayəndələri “Acıbadem” Xəstəxanasındadırlar.

Qədir Rüstəmovun cənazəsinin Bakıya gətirilməsi üzrə danışıqlar aparılır.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə