Modern.az

Bakıda kirayə qalan əcnəbini soydular

Bakıda kirayə qalan əcnəbini soydular

Ölkə

6 May 2019, 11:54

Bakıda əcnəbi vətəndaşın kirayə qaldığı evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Modern.az-a verilən məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş  Mərdanov qardaşları küçəsində kirayə yaşadığı mənzildən 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.

Araşdırmalar zamanı, oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş, Astara rayon sakini Rafiq Cəlilov saxlanılıb. 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır