Modern.az

Türkiyədə 120 dustaq koronavirusa yoluxub  

Türkiyədə 120 dustaq koronavirusa yoluxub  

28 Aprel 2020, 16:36

Türkiyədə 120 dustaq yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

 

Onun sözlərinə görə, dustaqlar xəstəxanalarda müalicə olunurlar, onların səhhəti yaxşıdır.

 

Nazir qeyd edib ki, Türkiyədə təxirə salınan məhkəmə proseslərinin vaxtı 15 iyun tarixinə qədər uzadılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?