Modern.az

Xocavənddə mülki azərbaycanlı minaya düşdü

Xocavənddə mülki azərbaycanlı minaya düşdü

Ölkə

15 Mart 2021, 15:08

Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşüb. 

 

Xocavənd rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyənləşib.

 

Faktla bağlı Xocavənd rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır