Modern.az

“Azərbaycanda pandemiya nəzarət altındadır” - İlham Əliyev

“Azərbaycanda pandemiya nəzarət altındadır” - İlham Əliyev

Ölkə

4 Noyabr 2021, 10:24

“İndi Azərbaycanda pandemiya nəzarət altındadır”.

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, hazırda Azərbaycanda yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır.

Onun sözlərinə görə, peyvəndlənmə səviyyəsi kifayət qədər yüksəkdir.

“Əhalimiz bu prosesə çox məsuliyyətlə yanaşır. Azərbaycan peyvəndləmənin vacibliyini anlayır və bu bizim işimizi xeyli səviyyədə asanlaşdırır".

İlham Əliyev xatırladıb ki, Azərbaycanda könüllü şəkildə həyata keçirilən peyvəndləmə prosesində əsasən "Sinovac" və "Pfizer" vaksinindən istifadə edilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi