Modern.az

ABŞ Dövlət Departamentindən Azərbaycan və  Ermənistana ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Azərbaycan və  Ermənistana ÇAĞIRIŞ

Ölkə

9 Noyabr 2021, 06:50

ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda hərbi əməliyyatların dayandırılmasıyla bağlı üçtərəfli bəyanatın imzalanmasının ildönümü münasibətilə Bakı və İrəvana ATƏT-in xətti də daxil olmaqla münaqişə ilə bağlı bütün qalan məsələləri həll etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun sözçüsü Ned Praysın yazılı açıqlamasında bildirilir:

 

“Biz Ermənistan və Azərbaycanı həll olunmamış bütün məsələlərin kompleks həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla, qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi