Modern.az

Şoyqu Zakir Həsənova ZƏNG ETİDİ

Şoyqu Zakir Həsənova ZƏNG ETİDİ

Ölkə

16 Noyabr 2021, 20:09

Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

 

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi