Modern.az

Bu yollarda məhdudiyyət OLACAQ

Bu yollarda məhdudiyyət OLACAQ

2 Yanvar 2022, 11:37

2 yanvar saat 12:00-dan axşam saatlarına qədər paytaxtın əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq. 

 

 

Modern.az xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.

 

 

Rəsmi məlumata görə, Ziya Bünyadov prospektinin "Koroğlu" qovşağından "20 Yanvar" dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tunelə giriş bağlanacaq. 

 

 

Səbəb olaraq ərazidə aparılan işıqlandırma sistemlərinin təmiri göstərilir.

 

 

“Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə qurum qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə