Modern.az

Antiinflyasiya ilə bağlı layihə hökumətə TƏQDİM EDİLƏCƏK

Antiinflyasiya ilə bağlı layihə hökumətə TƏQDİM EDİLƏCƏK

21 Yanvar 2022, 15:00

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

 

İ.Məmmədov qeyd edib ki, yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılmışdı:

 

"Artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib. İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir".

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə