Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6620 yeni yoluxma faktı qeydə alınıb, 3385 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 670313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630727 nəfər müalicə olunaraq sağalıb, 8779 nəfər vəfat edib, aktiv xəstə sayı 30807 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18797, ötən müddət ərzində isə ümumilikdə 6191130 test aparılıb.