Modern.az

Türkiyə, Azərbaycan, Ermənistan XİN başçılarının görüşünə hazırlıq gedir

Türkiyə, Azərbaycan, Ermənistan XİN başçılarının görüşünə hazırlıq gedir

Ölkə

31 Mart 2022, 12:10

Ankara Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etmək istəyir, Bakı bu təklifin əleyhinə deyil.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına müsahibəsində deyib.
 

"Biz bu görüşü mart ayında Antalyada keçirilən Diplomatik Forum çərçivəsində təşkil etmək istəyirdik. Bu alınmadı. Amma təklif açıqdır və Bakı bu görüşə qarşı deyil", - Çavuşoğlu deyib.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə yeni səfərinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Çavuşoğlu belə cavab verib: “Bəli, mümkündür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə