Modern.az

Maska tələbi LƏĞV EDİLDİ

Maska tələbi LƏĞV EDİLDİ

Ölkə

22 Aprel 2022, 13:48

Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

 

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunur.

 

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə