Modern.az

Azərbaycanın tibbi maska ehtiyatı AÇIQLANDI

Azərbaycanın tibbi maska ehtiyatı AÇIQLANDI

Ölkə

25 Aprel 2022, 09:40

Nazirlər Kabineti yanında Operativ Qərargahın son Qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən Azərbaycanda xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunur.

 

Bəs, hazırda Azərbaycanda nə qədər maska ehtiyatı var? Maskaların pandemiyadan əvvəlki qiymətlərə satılması mümkündürmü?

 

Bu barədə Modern.az-a açıqlama verən “Bakı Tekstil Fabriki"nin rəhbəri Səkinə Babayeva bildirib ki, hazırda Azərbaycanın 5 milyon maska  ehtiyatı var.

 

S.Babayevanın sözlərinə görə, maska üçün xammal ehtiyatımız 10 milyondur.

 

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılması ilə tibbi maska qiymətləri 5 qəpikdən 30 qəpiyə, yoluxmanın pik vaxtlarında isə hətta 1 manata qədər yüksəlmişdi. Mayın 1-dən maskaya tələbat olmayacağından, qiymətlərin pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə