Modern.az

AYB 203 min manatın hesabatını dekabrda verəcək - RƏSMİ

AYB 203 min manatın hesabatını dekabrda verəcək - RƏSMİ

28 Oktyabr 2022, 09:58

Azərbaycan Yazıçılar Birliyi (AYB) XIII qurultayın keçirilməsi üçün ayrılan 203 min manatla bağlı hesabat verəcək.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, məbləğin hansı istiqamətlər üzrə xərclənməsi maliyyə hesabatı zamanı açıqlanacaq: "Bu hesabatın verilməsi isə dekabr ayının sonuna təsadüf edəcək".

 

Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.

 

Tədbirdən sonra Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən", deməsi böyük qalmaqala səbəb olub.

Sizə yeni x var
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı