Modern.az

Prezidentin Protokol xidmətinə yeni rəis TƏYİN EDİLDİ

Prezidentin Protokol xidmətinə yeni rəis TƏYİN EDİLDİ

3 Noyabr 2022, 15:23

Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

 

Modern.az xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

 

O, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.

Azərbaycan Prezidentinin Protokol xidmətinin keçmiş rəisi Elçin Bağırov ötən ay vəzifəsindən azad edilib. Prezidentin sərəncamı ilə E. Bağırov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə