Modern.az

Laçında kəllə sümüyü AŞKAR EDİLDİ

Laçında kəllə sümüyü AŞKAR EDİLDİ

Ölkə

26 Aprel 2023, 13:04

Laçında insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkarlanıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?