Modern.az

Komissiya üzvləri Söyüdlü sakinləri ilə görüşəcək - NAZİR

Komissiya üzvləri Söyüdlü sakinləri ilə görüşəcək - NAZİR

Ölkə

22 İyun 2023, 11:36

Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri kənd sakinləri ilə görüşəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Komissiya sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Real TV-yə müsahibəsində deyib. 

 

Onun sözlərinə görə, kənd sakinləri ilə görüşdən sonra Komissiya üzvləri əraziyə baş çəkəcəklər. "Komissiya ərazidəki problemləri daha dəqiq öyrənəcək və hər hansı təklifləri hazırlayacaq", - nazir bildirib.

 

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?