Modern.az

Bu xəstəxanalarda çalışan həkimlərin maaşına əlavələr veriləcək

Bu xəstəxanalarda çalışan həkimlərin maaşına əlavələr veriləcək

Ölkə

17 Yanvar 2024, 09:44

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.

 

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmUşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?