Modern.az

Prezidentliyə üç namizədin vəkil edilmiş şəxsləri qeydə alındı

Prezidentliyə üç namizədin vəkil edilmiş şəxsləri qeydə alındı

Ölkə

18 Yanvar 2024, 16:12

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

 

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?