Modern.az

Zavodda qazdan zəhərlənənlərin SON DURUMU

Zavodda qazdan zəhərlənənlərin SON DURUMU

9 İyul 2024, 11:20

Xəbər verdiyimiz kimi Stansiya Sumqayıt ərazisində yerləşən istehsalat müəssisələrinin birində 3 fəhlə qazdan zəhərlənib.

 

Modern.az mövzu ilə bağlı Sumqayıt Tibb mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, 08.07.2024-cü il tarixində saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər:

 

“Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Rəşid Qarayev

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?