Modern.az

Azərbaycan təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizədə - VİDEO

Azərbaycan təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizədə - VİDEO

23 Avqust 2024, 09:34

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat