Modern.az

Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni TƏYİNAT

Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni TƏYİNAT

Ölkə

29 Noyabr 2024, 19:41

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi edilib.

 

Modern.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Nurəddin oğlu Əmrahov vəzifəsindən azad edilib.

 

Onun yerinə polkovnik Kənan Şahlar oğlu Vəliyev təyin olunub.

 

Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə FHN tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə