Modern.az

Ceyhun Bayramov ATƏT-in iclasına getdi

Ceyhun Bayramov ATƏT-in iclasına getdi

Ölkə

4 Dekabr 2024, 10:03

Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə