Modern.az

Keçmiş deputat bələdiyyə seçkisində namizəd oldu

Keçmiş deputat bələdiyyə seçkisində namizəd oldu

Ölkə

10 Yanvar 2025, 17:57

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində 16 mindən çox namizəd mübarizə aparacaq.

Modern.az-ın məlumatına görə, namizədlərdən biri keçmiş deputatdır. O, Naxçıvandakı 2 saylı Şərur-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürmüş Musa Məmməd oğlu Vəliyevdir. M.Vəliyevin namizədliyi Daşarx bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Musa Vəliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin IV çağırışında 8 saylı Düdəngə seçki dairəsindən deputat olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat