Modern.az

Azərbaycanda valideyn uşağına "Zeynəb Fatimə Məryəm" adı qoymaq İSTƏYİB

Azərbaycanda valideyn uşağına "Zeynəb Fatimə Məryəm" adı qoymaq İSTƏYİB

11 Yanvar 2025, 11:23

Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır.

Modern.az-ın məlumatına görə, bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: “Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli yaxud Fatimə adının 15-20 nəfərə verilməsi yaxşı hal deyil".

Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir:

"Məsələn uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat