Modern.az

Yararsız döyüş sursatları məhv ediləcək - Nazirlik

Yararsız döyüş sursatları məhv ediləcək - Nazirlik

Ölkə

17 Yanvar 2025, 11:18

Plana uyğun olaraq, yanvarın 17 -də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada