Modern.az

Netanyahu Azərbaycana 5 günlük səfər edəcək

Netanyahu Azərbaycana 5 günlük səfər edəcək

Ölkə

29 Aprel 2025, 17:34

İsrailin Baş naziri Benyamin Netanyahunun Bakı səfəri barədə məlumat yayılıb.

Modern.az xəbər verir ki, "Times of Israel" nəşrinin Baş nazirin ofisindən əldə etdiyi məlumata görə, Benyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. O, demək olar ki, həmişə rəsmi səfərlərində olduğu kimi, yəhudi şənbəsini xaricdə keçirdikdən sonra mayın 11-də İsrailə qayıdacaq.

Mayın 8-də Netanyahu prezident İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək.

Məlumatda qeyd edilib ki, Azərbaycan Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və bu səbəbdən Netanyahunun həbs olunacağı təhlükəsi də yoxdur.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə