Modern.az

Turistlər çoxalıb, səyahət edən vətəndaşların sayı isə AZALIB

Turistlər çoxalıb, səyahət edən vətəndaşların sayı isə AZALIB

Ölkə

21 May 2025, 17:23

Ölkəmiz 2025-ci ilin ilk 4 ayında gələn turistlərin sayı artsa da, ölkə vətəndaşları bu il daha az səyahət edib. 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən 2025-ci ilin yanvar-aprel aylarında ölkəmizə dünyanın 174 ölkəsindən 735,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % çox göstəricidir. Gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 18 % Türkiyə, 11 % Hindistan, 9 % İran, 4,7 %  Gürcüstan, 3,6 % Qazaxıstan, 2,9 % Pakistan, 2,5 % Səudiyyə Ərəbistanı,  2,2 %  Birləşmiş Ərəb Əmirlikləri, 1,9 %  İsrail, hər birindən 1,8 % olmaqla Özbəkistan və Çin, 1,5 % Ukrayna, 1,4 % Türkmənistan, 1,1 % Küveyt, 1 % Belarus, 11,4 % digər ölkələrin vətəndaşları olmuşdur. 

Gələnlərin 70,2 % -nin kişilər, 29,8 % -i qadınlar təşkil etmişdir.

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 % artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 % azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 % azalaraq 243,0 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 12,2 % artaraq 347,2 min nəfər təşkil edib.

Hava və quru yolu ilə ölkəmizə gələnlər

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 faizi hava, 26,6 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                             
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,9 % azalaraq 632,7 min nəfər təşkil edib. İrana gedən vətəndaşların sayı 25,9 %, Gürcüstana gedənlərin sayı 20,4 % artıb, Türkiyəyə gedənlərin sayı 6,3 %, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 % azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,1 % Türkiyəyə, 16,1 %-i Rusiya Federasiyasına, 11,1 % -i Gürcüstana, 11,0 %-i İrana, 25,7 %-i digər ölkələrə səfər etmişdir. 


Gedənlərin 66,9 faizini kişilər, 33,1 faizini qadınlar təşkil etmişdir.

Hava və quru yolu ilə xarici ölkələrə səyahət edənlər

2025-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə