Modern.az

Telmanın atası da minaya düşübmüş...

Telmanın atası da minaya düşübmüş...

Ölkə

30 May 2025, 22:18

Tərtər rayonunun Qızıloba kəndi ərazisində 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu heyvan otararkən piyada əleyhinə minaya düşüb 

O, sağ ayağın pəncə hissəsinin cırılmış-dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Modern.az APA-ya istinadən xəbər verir ki, mina partlayışında xəsarət alan Telman Hüseynovun atası da mina qurbanı olub.

Telman Hüseynovun atası Əhməd Hüseynov 1992-ci il 16 iyun tarixində Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mal-qara otaranda minaya düşərək həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat