Modern.az

General Həsənov vəzifəsindən AZAD EDİLDİ - YENİ TƏYİNAT

General Həsənov vəzifəsindən AZAD EDİLDİ - YENİ TƏYİNAT

31 May 2025, 20:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov sərəncama götürülüb.

 

Modern.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb.

 

Nazirin digər əmri ilə bu vəzifəyə polkovnik Elnur Məhərrəmov gətirilib.

 

Qeyd edək ki, Elnur Məhərrəmov bu təyinatadək Gəncə Regional Mərkəzinin rəisi olub. Məhərrəm Həsənov isə 2022-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunmuşdu.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat