Modern.az

Paraşütlə atlanarkən ölən qadınla bağlı araşdırma başladı 

Paraşütlə atlanarkən ölən qadınla bağlı araşdırma başladı 

Ölkə

8 İyul 2025, 11:08

İyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat