Modern.az

Bakıdan Naxçıvana avtobusla kimlər gedə biləcək? - RƏSMİ

Bakıdan Naxçıvana avtobusla kimlər gedə biləcək? - RƏSMİ

Ölkə

18 İyul 2025, 15:04

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edib. İyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək. Bu reyslər İran İslam Respublikasının ərazisindən keçməklə reallaşacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Naxçıvan-Bakı avtobus reyslərindən bütün Azərbaycan vətəndaşları yararlana bilərlər. Bununla yanaşı, reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. 

Qurumdan bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində Naxçıvana gün ərzində saat 9:00, 19:00, 20:00 və 21:00 olmaqla 4 reys həyata keçiriləcək. Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı 6-ya çatdırılacaq. Şərurdan isə Bakıya reyslər saat 07:00, 14:30, 15:30, 16:30-da həyata keçiriləcək. 

Əlavə olaraq qeyd olunub ki, sərnişinlər biletləri onlayn qaydada “biletim.az” portalından və avtovağzalların kassalarından əldə edə bilərlər.

Aytac Bəhruzqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat