Modern.az

Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU - YENİLƏNİB

Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU - YENİLƏNİB

Ölkə

18 Avqust 2025, 18:02

Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərlə bağlı məhkəmə qərarı çıxarılıb.

Modern.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Nəticədə həmin şəxslər haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar üç nəfərdi.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Hər 3 şəxs stintaqa cəlb edilib.

***

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Modern.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?