Modern.az

Bakı-Ağdam qatarının bütün biletləri SATILIB

Bakı-Ağdam qatarının bütün biletləri SATILIB

30 Avqust 2025, 11:43

32 ildən sonra ilk dəfə bu gün Bakıdan Ağdama yola düşmüş sərnişin qatarında tam doluluq qeydə alınıb.

Modern.az xəbər verir ki, 27 avqustda satışa çıxarılmış biletlər 3 gün ərzində satılıb.

Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var.

Müasir “Stadler” qatarı bu gün saat 7:10-da Bakıdan Ağdam istiqamətində hərəkətə başlayıb. Qatar saat 18:20-də əks istiqamətdə yola düşəcək.

Sizə yeni x var
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı