Modern.az

Hikmət Hacıyev Vaşinqtonda ABŞ Dövlət katibinin müavini ilə görüşdü

Hikmət Hacıyev Vaşinqtonda ABŞ Dövlət katibinin müavini ilə görüşdü

Ölkə

10 Sentyabr 2025, 17:19

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərlə bağlı geniş müzakirələr aparıb.

Sizə yeni x var
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!