Modern.az

Rüstəm Xəlilov xəstəxanada müalicə alan şəhid anasını ziyarət edib

Rüstəm Xəlilov xəstəxanada müalicə alan şəhid anasını ziyarət edib

Ölkə

12 Sentyabr 2025, 13:18

İcra başçısı Rüstəm Xəlilov xəstəxanada müalicə alan şəhid anasını ziyarət edib.

Modern.az xəbər verir ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov səhhəti ilə əlaqadar Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquq Şəxsdə müalicə alan şəhid anası Şirinova Könül Vəkil qızını ziyarət edib. Rayon rəhbəri ziyarət zamanı şəhid anasının sağlamlıq durumu və qayğıları ilə maraqlanıb, şəfalarını diləyib, hər zaman onların yanında olduğunu bildirib. Görüşdə RİH başçısı Vətənimiz üçün layaqətli övlad böyütdüyünə görə anaya təşəkkür edib. 

Hazırda səhhətinin yaxşılığa doğru dəyişdiyini söyləyən ana, şəhid ailələrinin üzvlərinin sağlamlığının daim diqqətdə saxlanılmasını, onların sosial müdafiəsinin  davamlı olaraq gücləndirilməsini hər kəsin təqdirəlayiq hal kimi qiymətləndirdiyini bildirib və buna görə Möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Şirinova Könül Vətən Müharibəsində şəhidlik ziravəsinə ucalan kapitan Kamil Şirinovun anasıdır.

1460997

1460999

1460998

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə