Modern.az

Azərbaycanın ərazi bütövlüyünü tanımalıydım, başqa yol yox idi - Paşinyan

Azərbaycanın ərazi bütövlüyünü tanımalıydım, başqa yol yox idi - Paşinyan

Ölkə

16 Sentyabr 2025, 10:00

Azərbaycanın ərazi bütövlüyünü tanımaqla mən həm də Ermənistanın ərazi bütövlüyünü tanıyıram.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025” beynəlxalq konfransındakı çıxışında bəyan edib.

Baş nazir deyib ki, “Başqa yol yox idi”.

Paşinyan bəyan edib ki, avqustun 8-də Vaşinqtonda imzalanan sülh sazişi ilə Ermənistanın təhlükəsizlik legitimliyi daha da möhkəmlənib:

"Bu sənəd adekvat qiymətləndirilmir. Hesab edirəm ki, bu, Ermənistan və Azərbaycanın hər iki ölkədə ratifikasiya olunmuş və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənədidir".

Paşinyan onu da bildirib ki, onun xarici mühitlə bağlı hərəkətləri tamamilə təhlükəsizlik legitimliyi strategiyası ilə şərtlənir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi