Modern.az

Azərbaycanda gecə ilə gündüz bərabərləşdi

Azərbaycanda gecə ilə gündüz bərabərləşdi

Ölkə

22 Sentyabr 2025, 22:21

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

 

Bildirilib ki, bu tarixdə gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə çıxıb, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır.

 

Azərbaycanda payız fəslinin müddəti 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

***

10:26

 

Bu gün axşam saatlarından etibarən Azərbaycanda payız fəsli başlayacaq.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a verilən məlumata görə, payız fəsli Azərbaycana 22 sentyabr 22:19-da daxil olacaq.

Bu axşam həm də payız bərabərliyigünü olacaq, yəni gecə-gündüz bərabərliyi baş verəcək. Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olacaq. Başqa sözlər, gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birinə 12 saat olmaqla bərabər böləcəklər. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və astronomik payız başlayacaq.

Payız fəsli başlayandan sonra isə gecələr tədricən uzanacaq, gündüzlər isə tədricən qısalacaq.

2025-ci ildə qış fəsli Azərbaycana 21 dekabr 19:03-də daxil olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı