Modern.az

Ermənistandakı məscidlər BƏRPA EDİLƏCƏK

Ermənistandakı məscidlər BƏRPA EDİLƏCƏK

Ölkə

22 Sentyabr 2025, 13:52

Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində – illərlə baxımsız qalan məscidlərin, iki ölkə arasında münasibətlərin diplomatik müstəvidə yaxşılaşması fonunda bərpası ən çox gözlənilən addımlardan biridir. Bu addım Azərbaycanın tarixi-mədəni irsin qorunması, həmçinin bölgədə sülh prosesinə müsbət təsir göstərə biləcək mühüm siqnal kimi dəyərləndirilə bilər.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında deputat Ceyhun Məmmədov qeyd edib ki, Ermənistanda 300-dən artıq məscid, həmçinin 500 minə yaxın Qərbi azərbaycanlının qəbri və onlarla mədəniyyət abidələrimiz var:


“Azərbaycanın tələbi həm də ondan ibarətdir ki, bu mədəni abidələr bərpa olunsun. Azərbaycan tarixi-mədəni abidələrinin yerləşdiyi indiki Ermənistan ərazisində onların qorunması və bərpası həyata keçirilməlidir. Ermənistanla danışıqlarda da bu məsələlər dəfələrlə qaldırılıb. Ermənilər də çalışmalıdır ki, bu tələbləri yerinə yetirsinlər və görünən də odur ki, yerinə yetirəcəklər”. 

Məscidlərin bərpa olunmasının faydalarından danışan deputat, bunun iki ölkə arasında münasibətlərin, etimad mühitinin bərpa olunmasına və sülhün bərqərar olmasına ciddi töhfələr verəcəyini vurğulayıb. 

“Azərbaycan uzun müddətdir bu məsələni qalıdırır və möqeyini müxtəlif platformalarda ifadə edir. Ermənistan bunu mütləq şəkildə etməlidir, çünki bu abidələr uzun müddətdir bizim diqqət və qayğımızı gözləyir. Bunun həm tarix, həm reallıq, həm də münasibətlərin bərpası istiqamətind çox böyük əhəmiyyətləri olacaq”- deyə C.Məmmədov bildirib. 

Deputat Fazil Mustafa da bu cür addımın gözlənilən olduğunu bildirib:

“Bu cür addımların atılması gözləniləndir, çünki Azərbaycan artıq sülh prosesi başlamazdan öncə Bakıda erməni kiləsəinin bərpası, Qarabağ azad olunduqdan sonra həmin bölgədə xristianlara aid abidələrin təmirini hər zaman həyata keçirib. Bu da Azərbaycanın multikultral siyasətinin əsas, ayrılmaz hissəsini təşkil edib. Biz də bu məsələdə qarşı tərəfdən fərqli yol gözləmirik. Ermənistan Azərbaycanla sülh prosesini davam etdirmək istəyirsə, məscidlər də bərpa edilməlidir”. 

“Bir-birimizin milli dəyərələrinə hörmətlə yanaşmalı, bu platformada hansısa narahatverici qüvvələrin qalmasına imkan verməməliyik. Cəmiyyətləri də buna alaşıdırmalıyıq. Ermənistan bu addımı atmağa bir az geciksə də, hər bir halda nəticəsi müsbət olacaq” – deyə Fazil Mustafa sonda qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?