Azərbaycanda çox sayda aliment ödəməyən atalar var.
Modern.az xəbər verir ki, bunu “Gender bərabərliyi və gender-əsaslı ayrı-seçkilik” mövzusunda təlim proqramında çıxışı zamanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Sədaqət Qəhrəmanova bildirib ki, aliment ödəməyən atalar kifayət qədər çoxluq təşkil edir.
Onun sözlərinə görə, bu istiqamətdə maarifləndirilmə işləri aparılmalı, ata və ana hüquqlarının bərabər olduğu aşılanmalıdır.