Modern.az

Gəlin maşının qabağını kəsib nərd oynadılar - 2 nəfər HƏBS EDİLDİ

Gəlin maşının qabağını kəsib nərd oynadılar - 2 nəfər HƏBS EDİLDİ

Ölkə

26 Sentyabr 2025, 11:00

Astarada toy karvanının qarşısını kəsib nərd oynayan şəxslər məsuliyyətə cəlb edilib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Balaca Şahağacı kəndində baş verib.

Kənddə keçirilən toyda bəyin dostları gəlin maşınının qarşısını kəsib və yüksək səslə musiqi qoyublar. Onlar yolun ortasında nərd oynayıb və bəydən “toy şirinliyi” istəyib. Bu səbəbdən hərəkətin axını pozulub, digər sürücülər gözləməyə məcbur qalıb.

Sözügedən görüntülər TikTok sosial şəbəkəsində də paylaşılıb.

Məhkəmə hadisəni “xırda xuliqanlıq” kimi qiymətləndirib.

Qərara əsasən, bəyin 1996-cı il və 1977-ci il təvəllüdlü iki dostu 4 sutka inzibati həbs olunub. Digər iki nəfər 2001 və 2002-ci il təvəllüdlülər isə hər biri 50 manat cərimələnib.

Qərarda qeyd olunub ki, bu cür tədbirlər həm qanunların aliliyinin qorunması, həm də gələcəkdə oxşar halların qarşısının alınması məqsədi daşıyır.

Elnur Əmirov

Sizə yeni x var
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur