Modern.az

Su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilib? - Rəsmi cavab

Su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilib? - Rəsmi cavab

Ölkə

30 Sentyabr 2025, 18:01

Azərbaycanda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciət edilməyib.

Modern.az xəbər verir ki, bunu jurnlalistlərə açıqlamasında Dövlət Su Ehtiyatları Agentlitinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

Onun sözlərinə görə, əsas məqsəd sudan daha səmərəli istifadəni təşviq etməkdir:

"İsrafın qarşısını almaq və su sərfiyyatına uyğun diferensial tariflərin tətbiqidir. Hazırlanan təkliflərdə onlarla ölkənin təcrübəsi öyrənilib və beynəlxalq məsləhətçi şirkətlərin rəyləri nəzərə alınıb. Yekun təkliflər hökumətə, Nazirlər Kabinetinə və Tarif Şurasına təqdim olunacaq, həmçinin ictimai müzakirəyə çıxarılacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə